14 iyun 2023-cü il, saat 11.00-da “Tovuz Məişət” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına aid icra orqanının hesabatı.
2. Cəmiyyətə məxsus və müxtəlif fiziki şəxslər tərəfindən uzun illər əvvəl zəbt olunmuş obyektlərin və əmlakların icarəyə verilməsi və ya özəlləşdirilməsi məsələsinin müzakirəsi.
3. Digər məsələlər.
Ünvan – Tovuz şəhəri, R.Məmmədov küçəsi 14.-dür.