7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda səkkiz yaşlı BOKT kapitalını 46% böyüdür

2013-cü ildə yaradılan “Kəpəz Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını 815 000 manata çatdırıb.

Banker.az xəbər verir ki, bununla da son əməliyyatla “Kəpəz BOKT” MMC-nin nizamnamə kapitalı 255 000 manat, yaxud 45.5% artırılmış olur.

BOKT-un nizamnamə kapitalı sonuncu dəfə 2019-cu ilin iyulunda 260 min manat və yaxud 86.7% artıraraq 300 min manatdan 560 min manata çatdırıb.

“Kəpəz BOKT” 2020-ci ili 178 997 manat xalis mənfəətlə başa vurub. Hesabat ilində BOKT-un aktivləri 9.1% artaraq 3 104 198 manata yüksəlib. Aktivlərini 2 784 031 manatı müştərilərə verilmiş kreditlər təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər