Bu ilin yanvar-may aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 13 530 milyon manatlıq sənaye məhsulu istehsal edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur.
Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalının dəyəri 14,4% artıb və 4 766,3 milyon manat təşkil edib.