23 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda sahibkara cinayət işi açıldı

Saatlı rayonunda yerləşən “Hacıqasımlı” (Kamallı-III) qum yatağında qanunsuz hasilat aparılması ilə bağlı rayon prokurorluğuna müraciət edilib.

Banker.az Saatlı rayon prokurorluğuna istinadən xəbər verir ki, Bakı sakini olan fərdi sahibkar Rasif Məmmədova məxsus karxana tərəfindən müvafiq qaydada ayrılmış istismar sahəsindən kənarda 2,19 ha ərazidə qum hasilatı aparılıb. Bunun nəticəsində ümumilikdə 551.800 manat məbləğində ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər