Prezident sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycanda “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Banker.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədilə hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilsin.