6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb – Yenilənib

13:00

Bugünədək ölkədə istehsal olunan, eləcə də idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların heç birində palma yağının özünəməxsus hər hansı təhlükəsi ilə bağlı məlumat dərc edilməyib.

Q.Təhməzli xatırladıb ki, palma yağı həm qida, həm də qeyri-qida sənayesində geniş istifadə olunan xammaldır: “Digər bitkilərlə müqayisədə yüksək məhsuldarlığa malik olduğundan və maliyyə baxımından ucuz başa gəldiyindən qida sənayesində geniş istifadə olunur. Palma yağını digər bitki yağlarından fərqləndirən başlıca səbəb bir bitkidən iki fərqli yağın əldə edilməsidir. Bunlardan biri palma meyvəsinin lətli hissəsindən əldə edilən, digəri isə palma meyvəsinin çəyirdəyindən əldə edilən yağdır. Hər iki yağ qida sənayesində istifadə olunur, lakin palma meyvəsindən əldə olunan yağ tərkib xüsusiyyətlərinə və daha yüksək sabitliyə malik olduğundan qızardılma/bişirilmə üçün yararlı hesab edildiyindən daha geniş istifadə olunur”.

Onun sözlərinə görə, dünyada istehsal olunan palma yağının təxminən 72 faizi qida sənayesində istifadə olunur: “Statistikaya əsasən dünyanın ümumi bitki yağı ehtiyacının 33 faizi palma yağı hesabına təmin edilir. İlk dəfə palma yağı ətrafında müzakirələr 2016-cı ildə Avropa Qida Təhlükəsizliyi Qurumu (EFSA) tərəfindən bütün bitki yağlarının , o cümlədən palma yağının emalı zamanı yaranan müəyyən kimyəvi maddələrlə bağlı məqalə dərc olunduqdan sonra aktuallaşıb. Qida təhlükəsizliyi qanunvericiliyində ən aktual məsələlərin nəzərə alınması və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə eyni tənzimləmə 2020-ci ildən etibarən ölkəmizdə də tətbiq edilməyə başlanıb”.

***

11:46

Ticarət şəbəkələrində satılan yağların heç birində əhalinin sağlamlığına təsir edəcək təhlükəli hal aşkarlanmayıb.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.

O qeyd edib ki, istər idxal edilən, istərsə də ölkə ərazisində istehsal olunan yağlar üzərində dövlət nəzarəti həyata keçirilir: “Ona görə də istənilən ekspertizaya getməyə, hansısa təşviş yaratmaq istəyən ekspertlərin bütün suallarını cavablandırmağa hazıram. Bəzi ekspertlər bu sahədən o qədər məlumatsızdırlar ki, çıxışlarında trans yağların sıfıra endirilməsindən danışırlar. Halbuki tərkibində sıfır trans yağ olan yağ ümumiyyətlə dünyada yoxdur”.

Q.Təhməzli vurğulayıb ki, trans yağın iribuynuzlu heyvanın orqanizmində göstəricisi 2%-dir: “Dünyada və Azərbaycanda bu, 2%-lik əmsalla ölçülür. Bəzi “ekspertlər” bu göstəricinin yüksək olduğu deyirlər. Trans yağ anlayışı elə bir anlayışdır ki, kənardan heç qatılmır. Hətta bu yaxınlarda antibiotiklərin dönərdə olması ilə bağlı yaramaz fikirlərlə də rastlaşdım. Bu cür insanlara açıq şəkildə deyirəm ki, ölkədə istənilən ticarət şəbəkələrində satılan yağların ekspertizinasını həyata keçirmək üçün Avropanın aparıcı ölkələrində ekspertizaya eləməyə hazıram”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər