Azərbaycanda saxta pul hazırlayan şəxs tutulub.
Polis əməkdaşları Şəmkir rayon sakini Bəhruz Nuriyevin yaşadığı evdə axtarış aparıblar.
Axtarış zamanı oradan 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 3 ədəd 100 ABŞ dolları saxta əsginas, 1 ədəd printer, saxta pul çap etmək üçün nəzərdə tutulan 200 ədəd qara rəngli kağız və 1 kiloqramdan çox gümüşü civə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.