21 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda saxta pulla rüsum ödəməyə çalışan şəxs saxlanılıb

Gəncədə vətəndaşda saxta pul əskinası aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, nazirliyin Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət aparılarkən Samux rayon sakinindən 1 ədəd saxta 50 manatlıq pul əskinası aşkarlanaraq götürülüb. Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.

Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər