Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində statistik göstəricilər açıqlanıb.
Banker.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, qeyd olunan dövrdə ölkədə sement istehsalı 3.2 dəfə artıb – 23.5 min ton. Daha bir kəskin artım isə tikinti kərpici istehsalında qeydə alınıb. Belə ki, bu məhsulların istehsalı 55.9% artaraq 233.6 min kubmetrə çatıb. Tikinti gipsi istehsalında da 50.8% artım müşahidə olunub: 8.9 min ton.
Hesabat dövründə ən çox istehsal edilmiş tikinti materialı isə sement olub. Sement istehsalında 1 050.2 min ton göstərici ilə 9% artım qeydə alınıb.
Tikinti materialları istehsalında artım qeydə alındığı halda, yalnız tikinti əhəngi istehsalında azalma olub: istehsal 13.8% azalaraq 10.6 min tona düşüb.