2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 544.7 min ton sement istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, sement istehsalı 0.7% artıb. Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 53.1 faiz artıb.
01.10.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 102.2 min ton təşkil edib.
Qeyd edək ki, tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 625.4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 72.2 faiz artıb.