2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda sentyabrda ən çox bahalaşan məhsulların SİYAHISI

Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha
çox bahalaşma mal və qoyun ətinin, təzə balığın, yumurtanın, bananın, gavalının, şaftalının,
pomidorun, xiyarın, göy lobyanın, bibərin, badımсanın, yerkökünün, çuğundurun, kartofun,
sarımsağın, tütün məmulatlarının, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, unun,
makaron məmulatlarının, toyuq ətinin, yoqurtun, kərə və bitki yağlarının, almanın, kələmin,
balqabağın, soğanın, şəkər tozunun, konfetlərin, çayın, limonadın, arağın qiymətlərində
müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş
verməyib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105.9 faiz təşkil edib. Sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən sementin, kəsilmiş taxtaların, ucuzlaşma isə sintetik yuyuсu vasitələrin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2023-cü ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105.4 faiz təşkil edib.

Son xəbərlər
Digər xəbərlər