Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə 1 hüquqi şəxsə və 62 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.
Banker.az bu barədə Palataya ismtinadən xəbər verir.
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Sığorta agenti fəaliyyətinə lisenziya almış şəxslərin siyahısı: https://www.fimsa.az/assets/upload/files/Lisenziya.%2063%20nefer%20siyahi.pdf