9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda sığorta agenti: Nüfuz və geniş imkanlar 1

Müəllif: Könül Soltanova

Sığortanın yaranması və tarixi inkişafı

Sığortanın ilkin formaları hələ qədim dövrlərdə meydana çıxmışdır. Müasir zamanımıza qədər gəlib çıxan ən qədim sığorta qaydaları Talmudanın kitablarından birində əks olunmuşdu və aşağıdakı kimi səslənirdi: naxır sahiblərindən birinin heyvanı ölərdisə, digər maldarlar bunun əvəzində ona başqa bir heyvan ayırmalı idi.

Həmçinin Babilistan hökmdarı Hammurapinin yazılı abidələri də (b.e.ə XVIII əsr) günümüzə qədər gəlib çıxmışdır. Abidədə quldarlıq cəmiyyəti dövrünə məxsus olan sığorta xarakterli qanunlar yer almışdı. Burada maldarlar ilə tacirlər arasında soyğunçu quldarların basqınları, oğurluq və ya heyvanların xəstələnməsi nəticəsində dəymiş zərərin birgə qarşılanması ilə bağlı razılaşmalar əks olunurdu

Qədim Yunanıstanda Rodos adasında b.e.ə. 916-cı ildə gəmi qəzaları zamanı dəymiş zərərin bölüşdürülməsi ilə bağlı hüquqi akt qəbul olunmuşdu, yəni söhbət qarşılıqlı sığortadan gedir. Bu sənəddə əks olunmuş prinsiplərin əksəriyyəti hazırkı zamanda da sığorta sahəsində qüvvədə qalmaqda davam edir.

Qarşılıqlı sığorta özünün daha geniş inkişaf mərhələsinə Qədim Romada çatmışdır. O müxtəlif təşkilatlar (korporasiyalar, kollegiyalar) tərəfindən tətbiq olunurdu, onların üzvləri peşəkar, maddi və şəxsi maraqlar (əmək qabiliyyətinin itirilməsi zamanı dəstək, ləyaqətli dəfnetmə mərasimi və s.) əsasında birləşirdilər. Beləliklə, sığortanın ilkin formalarının təməlində müştərək öhdəliklərlə təmin olunan kollektiv qarşılıqlı yardım dayanırdı.

İqtisadi ədəbiyyat nümayəndələri orta əsrlər dövrünün sığorta işinin formalaşması baxımından gildiya-sex mərhələsi adlandırır, belə ki, həmin dövrdə sığorta gildiya çərçivəsində gerçəkləşirdi. Ən geniş yayılmış gildiya növü isə tacirlərin ittifaqı idi. Hər bir belə ittifaq öz iqtisadi müstəqilliyini qoruyub saxlayırdı. Tacirlər bazar yolunda özlərini müdafiə etmək, rəqibləri aradan qaldırmaq, həmçinin hər hansı bir qiymət siyasəti həyata keçirmək məqsədi ilə həmrəylik göstərərək gildiyalarda birləşirdi.

Həmçinin kəndlilərin, sənətkarların və hətta oğruların da peşəkar birlikləri mövcud idi. Əgər öz mövcudluğunun ilk dönəmində gildiyalar müvəqqəti birliklər kimi yaranırdısa, orta əsrlərdə onlar getdikcə daimi təşkilatlara çevrilirdi. Bəzi gildiyalar görmə qabiliyyətinin itirilməsi, cüzam və ya digər xəstəliklərə yoluxma zamanı öz üzvlərinə müavinətlər ödəməyə başlayır. Bu zaman mühafizə gildiyaları yaranır ki, onların da əsas məramı gildiya üzvlərinin və onların əmlaklarının müdafiəsi idi. Amma ki, gildiyaların əsas funksiyası fövqəladə hallar zamanı qarşılıqlı yardım, başqa sözlə desək sığorta funksiyası idi.

Orta əsrlərin sonrakı dövrlərində şəhərlərin sayının artması və tikinti işlərinin sayının çoxalması nəticəsində əmlakın məhv olması və tikililərin yanğın, subasma və digər təbii fəlakətlər nəticəsində sıradan çıxma ehtimalları və təhlükəsi də yüksəldi. Bu cür fövqəladə halların fəsadlarının qarşısını almaq məqsədi ilə ümumi tədbirlərin görülməsi, o cümlədən iqtisadi metodlardan istifadə etməklə hər yerdə insan birlikləri yaranmağa başladı.

Belə ki, XIV əsrin əvvəllərində Brüqqedə (Almaniya) Sığorta palatası təsis edildi, o, sənətkar və tacir gildiyalarının maraqlarının sığorta müdafiəsi üzrə əməliyyatları həyata keçirirdi. Nəticə etibarı ilə biz belə bir qənaətə gələ bilərik ki, Qərbi Avropada orta əsrlərdə sığorta artıq şəxsi (xəstəlik, ölüm halları) və əmlak (təbii fəlakətlər, yanğın, qeyri ədaləti rəqabət və s hallar nəticəsində dəymiş zərərin təzminatı) növlərinə bölünmüşdü. Sığorta formaları və metodları sığorta xidmətlərinə olan tələbatdan asılı olaraq dəyişirdi. XVIII əsrin ikinci yarısında qərbi Avropada artıq 100-ə yaxın şəxsi və əmlak sığortası növü məlum idi.

Azərbaycanda sığortanın yaranma tarixi

1358677699 562Azərbaycanda sığorta əsasən 3 mərhələdə öz inkişafını keçmişdir: 1917-ci il oktyabr inqilabından əvvəlki, inqilabdan sonrakı (1917-90) və 1990-cı ildən başlayaraq müasir dövr.

Azərbaycanda sığorta işinin təşkilinə XIX əsrin ortalarında başlanmışdır. Аzərbаycаndа sığorta işi каpitаlist istеhsаl münаsibətlərinin inкişаfı, nеft sənаyеsinin mеydаnа gəlməsi və sаhibкаrlığın fəallaşması ilə sıх əlаqədаrdır. ХIХ əsrin ахırlаrındа Аzərbаycаnın nеft sənаyеsinə хаrici invеstоrlаrın cəlb еdilməsi nəticəsində sığorta işinin inкişаfındа tərəqqi bаşlаnır, ilк nеft və gəmiçiliк şirкətləri mеydаnа gəlir. Bu dövrdə Azərbaycanda xarici ölkələrdən olan şirkətlərin filialları fəaliyyət göstərirdilər. Аzərbаycаndа əsаsən dəniz gəmilərinin sığorta еdilməsi üzrə iхtisаslаşmış ingilis şirкəti «Llоyd»un filiаllаrı, habelə «Rus Llоyd»un və Аlmаniyаdаn оlаn ingilis şirкətinin iкi nümаyəndəliyi, Rusiyа və İrаnin sərhəd limаnlаrınа qədər dаşınаn yüкlərin sığortası ilə məşğul оlаn «Rеpmаn və Rust» ticarət evi ilə təqdim еdilən «Şimаli Аlmаn Llоyd»u, həmçinin gəmilərin və yüкlərin sığortasını аpаrаn «Аlmаn, Livаntiyа хətti» cəmiyyəti fəаliyyət göstərməyə bаşlаyırlаr. Sığorta işi Bakıda inqilabdan qabaqkı dövrdə inkişaf etmiş sahələrdən biri idi. Demək olar ki, Bakıda 1910-cu ildə 18 sığorta cəmiyyəti fəaliyyət göstərirdi. Ən böyük sığorta təşkilat isə «Rus sığorta cəmiyyəti» idi. Bakıda sığorta işinin əsasını Xəzər dənizində üzən gəmilərin sığortası təşkil edirdi. Bakı vasitəsilə Rus-İran dəniz ticarəti praktiki olaraq həyata keçirilirdi.

İşğaldan sonra kеçmiş SSRİ-nin bаşqа rеspubliкаlаrındа оlduğu кimi, Sоvеt hакimiyyəti illərində Аzərbаycаndа dа dövlət sığorta sistеmi təşкil еdilmişdir.

Rеspubliкаdа sığorta işinin inкişаfındа müəyyən rоl оynаmış Аzərbаycаn SSR Dövlət Sığortası Bаş İdаrəsi və SSRİ «Inqоsstrах»nın Bакı şöbəsi fəаliyyət göstərirdi. Sоvеt hакimiyyəti qurulduqdаn sоnrа isə 1922-ci ildən bаşlаyаrаq bütün SSRİ-də sığorta dövlət inhisаrınа аlındı. Kooperativ sığorta Sentrsoyuzun istehlak kooperasiyası vasitəsilə həyata keçirilirdi,1931-ci ildə isə onun fəaliyyəti dayandırıldı. Bundan sonra isə sığorta əməliyyatları Dövlət Sığortasında cəmlənməyə başladı. 80-ci illərin ахırınаdəк rеspubliкаdа sığorta işi iкi sığorta təşкilаtının və – Аzərbаycаn Rеspubliкаsının Dövlət Sığorta şirкətinin və SSRİ-nin хаrici dövlət sığorta təşкilаtının Bакı şəhərindəкi şöbəsinin inhisаrı аltındа idi. Оnlаrın fəаliyyət dаirəsi qаnunvеriciliк tərəfindən bölüşdürülmüşdür. 1988-ci ilin 26 mayında “SSRİ-də Kooperasiya haqqında” qəbul edilmiş qanuna görə kooperativlərə və onların ittifaqlarına kooperativ sığorta təşkilatları yaratmağa, sığortanın qaydasını, növlərini müəyyən etməyə icazə verildi. Ölkədə kommersiya sığorta təşkilatları və səhmdar cəmiyyətləri yaradılmağa başladı.

Ölkəmizdə sığorta işi 1990-cı ildən sonra müstəqil inkişaf etməyə başladı. 1991-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı.

Milli sığorta bаzаrı Аzərbаycаndа 1992-ci ilin əvvəlindən fоrmаlаşmаğа bаşlаmışdır. Аzərbаycаn Rеspubliкаsının Milli Məclisi Аzərbаycаnın tаriхində ilк dəfə оlаrаq 1993-cü ilin yanvar ayında «Sığorta hаqqındа» Аzərbаycаn Rеspubliкаsı Qаnununu qəbul еtdi. 1996-cı ildə sığortaya aid bir neçə qanunlar “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında”, 1997-ci ildə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hakimlər haqqında”, “Rabitə haqqında”, “Azərbaycan Respublikasının Gömrükxanası haqqında məcəllə” qəbul edilmişdir. Dövlət sığorta şirkətləri ilə yanaşı özəl sığorta şirkətlərinin də sayı artmağa başladı.

insurance 02

1991-ci ildə Azərbaycanda 62 sığorta təşkilatı, o cümlədən 53 milli, 9 birgə sığortaçı fəaliyyət göstərirdi. Yaradılmış bir çox kommersiya sığorta təşkilatları sığorta olunanların etimadını qazana bilmədiklərinə görə, onların 33-ü müflisləşərək öz fəaliyyətini dayandırmışdır. 2006-cı ilin əvvəllərində Azərbaycanda qeydiyyatdan keçmiş 29 sığorta təşkilatı fəaliyyət göstərmişdir ki, onlardan 22 özəl, 6 qarışıq mülkiyyət formalı dövlət kommersiya şirkəti idi.

Müasir Azərbaycanın sığorta bazarı

Hal-hazırda ölkəmizdə 28 sığorta şirkəti və bir təkrar sığortaçı “AzRe Təkrarsığorta” ASC fəaliyyət göstərir. Fiziki şəxs olan sığorta agentliklərinin sayı 742, hüquqi şəxs olan sığorta agentlikləri 52 nəfərdir, fiziki şəxs olan sığorta brokerləri 10, hüquqi şəxs olan sığorta brokerləri 11 nəfərdir. Bununla yanaşı indiyə qədər 93 xarici sığorta şirkəti, 39 təkrar sığortaçı, 65 hüquqi şəxs olan sığorta agentliyi dövlət reyestrində qeydiyyatdan keçib.

Azərbaycanın sığorta bazarı hazırda aşağıdakı şirkətlərdən ibarətdir və onların bazar payını müşahidə edə bilərsiniz.

sigirta1

Ən böyük pay sahibi olan şirkətlər Paşa Sığorta Şirkəti 13.5 %, AzSığorta 11.2 %, Dövlət Sığorta Kommersiya Şirkəti 10.4 %, Atəşgah 8.9 %, Paşa Həyat Sığorta 7.9 %, Atəşgah Həyat 7.1 %, Standard Insurance 4.8 %, AXA MBASK 3.8 %, Beynəlxalq Sığorta3.8 %, İPƏK YOLU SIĞORTA 3.5 %- dir.

Sığorta bazarının 2007-2012-ci illər ərzində böyümə dinamikasına nəzərə salaq

sirgas2Bazarda könüllü və icbari sığortanın payları

sirgas3

Könüllü sığorta növündə sığorta sinifləri üzrə proporsiyalar

sirgas4

İcbari sığorta üzrə bazardakı vəziyyət

sirgaa6

Azərbaycanın sığorta bazarının perspektivləri uğurlu görünür, hələ də bu sektor yetərincə tutulmamışdır. Bazardan daha səmərəli istifadə etmək üçün sığorta şirkətləri insanların etimadını qazanmalıdır. İnsanlarda formalaşmış düşüncə tərzini dəyişmək üçün maarifləndirmə işinə geniş ehtiyac vardır. Söhbət təkcə paytaxtdakı və şəhərdəki əhalidən getmir, Azərbaycanın kənd təsərrüfatında da sığorta sahəsinin inkişafı üçün geniş imkanlar və potensiala malikdir.

Bundan ötrü sığorta şirkətləri öz fəaliyyətlərini maksimim dərəcədə qüsursuz təşkil etməli, müştərilərə qarşı fırıldaqçılıq hallarına yol verməməli, müştərilərin etibarına xəyanət etməməlidir. Hər biş müştərisinin qeydinə qalmaqla şirkət ilk növbədə öz nüfuzunu qoruyur.
Unutmayaq ki, maliyyə sahəsində fəaliyyət göstərmək üçün ən vacib şərtlərdən biri etibardır və itirilmiş etibarı asanlıqla bərpa etmək olur.

““Atəşgah” SŞ-nin keçirdiyi müsabiqəyə təqdim olunur”

Son xəbərlər
Digər xəbərlər