2021-ci ilin oktyabr ayında Azərbaycanda toplanılmış 705 milyon 700 min manat sığorta haqqının 541 milyon 91 min manatı və yaxud 76.7%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (257 860 min manat), “PAŞA Sığorta” (157 705 min manat) ASC-lər, “Dövlət Sığorta Kommersiya” Şirkəti (53 452 min manat), eləcə də “Qala Sığorta” (37 880 min manat) və “Atəşgah Həyat Sığorta” Şirkəti (34 194 min manat) ASC-lərdir.
Oktyabr ayında ən az yığım edən şirkətlər isə “Naxçıvansığorta” (1 milyon 967 min manat), “Meqa Həyat Sığorta” (382 min manat) sığorta şirkətləridir.