6 C
Baku
Sunday, December 15, 2024

“Azərbaycanda siqaret çox ucuzdur və qiyməti artırılmalıdır”

Müşahidələrim onu göstərir ki, Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadə etməyə maraqları çoxdur.

Banker.az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyib.

Onun sözlərinə görə, 1 saatlıq qəlyan çəkmək 40 siqaretə bərabərdir: “Bütün dünyada tütündən istifadə ciddi problem olaraq qalır. Təəssüf ki, Azərbaycanda da tütündən istifadə edən kifayət qədər insan var”.

ÜST rəsmisi bildirib ki, Azərbaycanda təxminən 1,3 milyon insanın tütündən istifadə edir.

O qeyd edib ki, həmin insanların da yarısı 70 yaşına çatmadan dünyalarını dəyişəcəklər: “Ona görə də bunun qarşısını almaq üçün həyata keçiriləcək mübarizə çox vacibdir. Bu istiqamətdə atılacaq addımlardan başlıcası tütün məmulatlarının qiymətinin artırılmasıdır. Çünki Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Bu da xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən almış ola bilər”.

ÜST rəsmisi əlavə edib ki, tütün məmulatlarının reklamlarını azaltmaq lazımdır: “Dükanlarda, böyük marketlərdə siqaretlər açıq şəkildə satılır. Bunu qapalı şəkildə satmaq, yaxud qutularının yenilənməsini təmin etmək olar. Ölkədə keçən il qəbul edilən qanunu təqdirəlayiq hal kimi qiymətləndirirəm”.

H.Harmancı hesab edir ki, əgər tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə siqaret çəkənlərin sayı durmadan artacaq: “Çünki tütün satışı ilə məşğul olan sahibkarlar qazanc əldə etmək istəyirlər”.

Son xəbərlər
Digər xəbərlər