Azərbaycanda “BOA Agency” ASC 86 000 manatlıq səhm emissiya edir.
Banker.az xəbər verir ki, bu barədə “BOA Agency”nin emissya prospektində bildirilir.
Qeyd edək ki, şirkətin iki səhmdarı var və yarı-yarı səhmlərə nəzarət edirlər. Belə ki, 4000 manat nizamnamə kapitalının 50 faizi Yədulla Yusifova, 50 faizi Rüstəm Hacıyevə məxsusdur.
Şirkətin bir səhmi 1 manatdır.
Şirkət 2011-ci ildə hüquqşünaslıq və maliyyə sahəsinin mütəxəssisləri tərəfindən yaradılıb.
“BOA Agency” 2020-ci ildə 321 min manat, 2021-ci ildə 471 min manat və 2022-ci ildə isə 1 mln. 20 min manatdan çox xalis mənfəət əldə edib.
Səhmlər üzrə hərrac Bakı Fond Birjasında keçirləcək. Əgər bu səhmlərin hərracların yerləşdirilməsi hərracda tam baş tutarsa, şirkətin nizamnamə kapitalı 86 000+4000= 100 000 manat olacaq.
“BOA Agency”nin əsas fəaliyyət istiqaməti bütün növ aktivlərin, passivlərin və eləcə də kredit borcların qaytarılması üzrə tam xidmət kompleksinin təşkilidir.
Görülən işlərin kompleksinə məhkəməyə qədər olan borcun qaytarılması mərhələsi ilə yanaşı, eləcə də məhkəmə qərarının icrası mərhələsi daxildir.
“BOA Agentliyi” MMC vaxtı keçmiş borcların qaytarılması üzrə metod və üsullardan, eləcə də xüsusi hazırlnamış, bir sıra üstünlüklərə malik olan – hazırki vəziyyətin təhlilini, texnoloji və innovasiyalı qərarların qəbul edilməsini, borclularla iş zamanı səmərəlik və operativliyi təmin edən proqram dəstəyindən istifadə edir.