11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda şirkət səhmini fond birjasında hərraca çıxarır – Hər bir səhm 100 manata satılır

20 fevral 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin (gübre.az) səhmləri standart bazar seqmentində listinqə daxil edilib. Banker.az xəbər verir ki, bu barədə BFB-dən bildirilir.

23 fevral 2023-cü il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

1231

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər bölməsində yerləşdirilmişdir.

Xatırladaq ki, Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır. Hazırda onun 100 min manat nizamnamə kapitalı var. Aqrar İnnovasiya və Təchizat Şirkəti Azərbaycan fermerlərinə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan təklif etmək üçün özünün geniş satış şəbəkəsini qurmuşdur. Hazırda şirkətin İdarə Heyətinin sədri Tofiq Niftəliyevdir.

Şirkətin tam təsisçisi isə Məcidova Afaq Hüseyn qızıdır.

Son xəbərlər
Digər xəbərlər