13 C
Baku
Monday, May 6, 2024

Azərbaycanda şirkətlərin 36%-i qeyri-aktivdir

2024-cü ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan 178.323 kommersiya qurumunun 114 min 305-nin (64,1%-nin) fəaliyyəti aktiv, 64 min 18-nin (35,9%-nin) fəaliyyəti isə qeyri-aktiv olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,8% artıb, xüsusi çəkisi isə 1,6% yüksələrək 64,1% təşkil edib. 2024-cü ilin mart ayının 1-nə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) vergi ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7%, kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı isə 14,2% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər