6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda sosial müavinətlər və təqaüdlər üçün vəsaitin həcmi artırılır

Sosial müdafiə və sosial təminat xərclərindən əhalinin həssas təbəqələrinə ödənilən yaşa, əlilliyə, sağlamlıq imkanları məhdudluğa, ailə başçısının itirməyə, digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsinə 1738,5 milyon manat vəsait ayrılacaq ki, bu da 2023-cü il ilə nisbətən 301,0 milyon manat və ya 17,3 faiz çoxdur.

Banker.az bu barədə Maliyyə nazirliyinə istinadən xəbər verir.

Ünvanlı dövlət sosial yardımların verilməsinə 457,3 milyon manat (2023-cü il ilə nisbətən 179,5 milyon manat və ya 64,6 faiz çox), “Azərbaycan Respublikası Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq işsiz şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə haqqı ödənilən ictimai işləri ilə bağlı xərclər üçün 285,8 milyon manat (2023-cü il ilə müqayisədə 20,0 milyon manat və ya 7,5 faiz çox) vəsait proqnozlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər