12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda sosial ödənişlər proaktiv qaydada təyin ediləcək

Sosial ödənişlər proaktiv təyin ediləcək.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda əksini tapıb.

Qərara əsasən, sosial ödənişlərin proaktiv təyinatı MEİS-yə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən MEİS-nin “Sosial ödənişlər” altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 iş günü müddətində aparılır.

Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin proaktiv təyinatı məhkəmənin uşağın övladlığa götürülməsi barədə qətnaməsindən çıxarış “Elektron məhkəmə” informasiya sistemindən MEİS-yə ötürüldüyü gündən ən geci 5 (beş) iş günü müddətində aparılır.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət və həmin uşaqlara mövsümi geyimin alınması üçün müavinət yalnız proaktiv təyin edilir.

Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərə sosial ödənişlərin proaktiv təyin olunmasına həmçinin MEİS-yə ötürülən aşağıdakı məlumatlar əsasında baxılır:
– məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix;
– cəzaçəkmə müddəti;
– cəzaçəkmə müddətinin başlandığı və bitəcəyi tarix;
– cəzanın çəkilmə yeri;
– məhkumun yerdəyişmələri haqqında məlumat.

Sosial ödənişin proaktiv təyin edilməsinin nəticəsi barədə şəxsin və ya onun qanuni nümayəndəsinin MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada (müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərə münasibətdə bu Qaydanın 8 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada) bildiriş göndərilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər