“Azərbaycanda rəqəmsal transformasiya konsepsiyası ona gətirib çıxaracaq ki, bütün regionlarda rəqəmsallaşma olacaq”.
Bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.
“Təmsil etdiyim nazirlik ağıllı texnologiyaları tətbiq etmək istəyir. Fintexləri təşviq etnək üçün startap ekosistemi formalaşdırılmalıdır. Artıq bununla bağlı qanunvericilik bazası hazirlayırıq və tezliklə ictimai müzakirələrə təqdim edəcəyik. Bütün bunların kökündə ABŞ-ın Silkon vadisinin milli analoqu olacaq Abşeron vadisi dayanır”, – deyə o, qeyd edi.