Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib – Siyahı

“Süni intellektin inkişafı üçün milli prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) siyahısı” təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Süni intellektin inkişafı üçün milli prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının)

SİYAHISI

 

Sıra

№-si

Milli prioritet sektorlar Məsul dövlət orqanları (qurumları)
1. Məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsi,

Azərbaycan Respublikasının

Məhkəmə-Hüquq Şurası

2. Energetika Azərbaycan Respublikasının

Energetika Nazirliyi

3. Telekommunikasiya,

nəqliyyat və logistika

Azərbaycan Respublikasının Rəqəmsal

İnkişaf və Nəqliyyat Nazirliyi

4. Vergi, sənaye, ticarət və

daşınmaz əmlak

Azərbaycan Respublikasının

İqtisadiyyat Nazirliyi

5. Kənd təsərrüfatı Azərbaycan Respublikasının

Kənd Təsərrüfatı Nazirliyi

6. Təhsil Azərbaycan Respublikasının

Elm və Təhsil Nazirliyi

7. Səhiyyə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini

İdarəetmə Birliyi

8. Gömrük Azərbaycan Respublikasının

Dövlət Gömrük Komitəsi

9. Dövlət təhlükəsizliyi Azərbaycan Respublikasının

Dövlət Təhlükəsizliyi Xidməti

10. Dövlət sektorunda informasiya təhlükəsizliyi Azərbaycan Respublikasının

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

11. Maliyyə bazarları Azərbaycan Respublikasının

Mərkəzi Bankı

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər