10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda təbii sərvətlərin qiymətləndirilməsi aparılacaq

Təbii sərvətlərin qiymətləndirilməsi həyata keçiriləcək.

Bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Layihəyə əsasən, qiymətləndirmə fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:

– daşınar əmlakın qiymətləndirilməsi:

– maşın və avadanlıqların qiymətləndirilməsi;

– nəqliyyat vasitələrinin qiymətləndirilməsi;

– heyvan və bitkilərin qiymətləndirilməsi;

– digər daşınar əmlakın qiymətləndirilməsi;

– daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;

– daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;

– müəssisələrin qiymətləndirilməsi;

– qeyri-maddi əmlak nemətlərinin qiymətləndirilməsi:

– əqli mülkiyyət hüququ obyektlərinin qiymətləndirilməsi;

– hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının qiymətləndirilməsi;

– tələblərin və hüquqların qiymətləndirilməsi;

– debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;

– kreditor borcların və digər öhdəliklərin qiymətləndirilməsi;

– təbii sərvətlərin qiymətləndirilməsi;

– dəymiş zərərin qiymətləndirilməsi;

– əldən çıxmış mənfəətin qiymətləndirilməsi;

– risklərin qiymətləndirilməsi;

– xidmətlərin qiymətləndirilməsi;

– digər qiymətləndirmə obyektlərinin qiymətləndirilməsi.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər