Azərbaycanda təyyarə ilə sərnişindaşımalarından gəlir 594 milyon manata yüksəlib

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 2026-cı ilin ilk yarısında 1,95 milyon nəfər təşkil edib.

Banker.az xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur. Sərnişin dövriyyəsi də 6,6% artaraq 3,995 milyard sərnişin-km-ə yüksəlib.

Sərnişindaşımaların əsas hissəsi beynəlxalq reyslərin payına düşüb. Belə ki, ilin ilk altı ayında beynəlxalq hava nəqliyyatı ilə 1,578 milyon sərnişin daşınıb ki, bu da illik 3,9% artım deməkdir. Daxili reyslərdə sərnişin sayı isə 8,8% artaraq 372,3 min nəfərə çatıb.

Sərnişin daşınmasından əldə olunan gəlir 11% artaraq 593,8 milyon manat olub. Bunun 568,4 milyon manatı beynəlxalq, 25,4 milyon manatı daxili sərnişindaşımaların payına düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər