“Bütün sərnişindaşımada yeniliklər gözlənilir”.
Banker.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov bildirib.
Onun sözlərinə görə, sərnişindaşımada vahid bilet sistemi və taksi xidmətində vahid platformanın yaradılması istiqamətində işlər aparılır: “Bununla bağlı hazırlıq işləri tamamlanmaq üzrədir”.
Hazırda “Bakıkart”ın mövcud olduğunu xatırladan H.Həsənov bildirib ki, bütün ölkə üzrə sərnişindaşıma ilə bağlı vahid kartın istifadəyə verilməsi planlaşdırılır: “Respublika üzrə bilet sisteminin yaradılması və gələcəkdə yerüstü nəqliyyat vasitələrinə inteqrasiyası nəzərdə tutulur. Respublikada vahid bilet sisteminin olmasının bir sıra üstünlükləri var. Bu, daşıyıcıların özlərinə də xeyirdir”.