8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda tikinti materiallarının istehsalı 45% artıb

Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-aprel aylarında istehsalın ümumi dəyəri 406.8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44.6
faiz artmışdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövr ərzində beton istehsalı 39 faiz, tikinti gipsinin istehsalı 39 faiz, təbii asfalt istehsalı 32.6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25 faiz, sement istehsalı isə 21.6 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər