36 C
Baku
Tuesday, July 15, 2025

Azərbaycanda tikinti şirkəti 82 mln. manat gəlirə qarşı 25 mln. manat xalis mənfəət əldə edib

“Protean Construction” ASC-nin 2024-cü il üzrə xalis mənfəəti 2024-cü ildə 25.17 mln. manat olub. Bu göstərici 2023-cü ildə 24.83 mln. manat idi.

Banker.az şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə şirkətin müqavilələr üzrə gəlirləri 82.03 mln manat təşkil etmişdir ki, bu da 2023-cü ilin 70,87 mln. manat göstəricisindən 11,16 mln. manat və ya 15.75% çoxdur. Müqavilələr üzrə xərclər də paralel şəkildə artaraq 47,03 mln. manata yüksəlib. Bu isə illik 9.65 mln. manat və ya 25.81% artım deməkdir.

Ümumi mənfəət 2023-cü ildə 33,49 mln. manat olduğu halda, 2024-cü ildə bu rəqəm 1.51 mln. manat və ya 4.51% artaraq 35 mln. manata çatıb.

Əməliyyat xərcləri 2024-cü ildə illik müqayisədə 26.06% artımla 2.56 mln. manat təşkil edib.

“Protean Construction” ASC-nin cəmi aktivlər 2023-cü ildə 54.76 mln. manat ikən, 2024-cü ildə bu rəqəm 3.31 mln. manat və ya 6.05% artaraq 58.07 mln. manata yüksəlib.

Uzunmüddətli aktivlər 17.44% və ya 8,193,204 manat artaraq 55.11 mln. manat olub. Bu artım əsasən daşınmaz əmlak, tikili və avadanlıqlara yönəldilmiş sərmayələrlə bağlıdır.

Cəmi öhdəliklər 2024-cü ildə 4,918,360 manat, cəmi kapital 14.75% artaraq 53.15 mln. manata çatıb.

Xatırladaq ki, 2017-ci ildə rebrendinq nəticəsində “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti bazasında “Protean Construction” ASC təsis edilib. Müəssisə yüksək mərtəbəli binaların inşası, dəmir-beton su anbarlarının tikintisi, neft və neft məhsulları üçün böyük həcmli metal tutumların quraşdırılması, avtomobil yollarının, boru kəmərlərinin (neft və qaz nəqli kəmərləri və su-kanalizasiya xətlərinin) çəkilişi, neft-kimya müəssisələrinin rekonstruksiyası, texniki yenidən qurulması və əsaslı təmiri üzrə ixtisaslaşmışıb.

32423

Son xəbərlər
Digər xəbərlər