18 C
Baku
Monday, September 16, 2024

Azərbaycanda tikinti şirkətinin rəhbərliyi dəyişdirilir

“Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 6 iyul 2023-cü il saat 16.00-da Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda keçiriləcəkdir.

Banker.az xəbər verir ki, Yığıncağın gündəliyinə Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı, Cəmiyyətin idarə heyətinin hesabatı, 2021-2022-ci maliyyə illəri üzrə maliy­yə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və illik hesabatın təsdiq olunması, Cəmiyyətin idarə heyəti sədrinin və üzvləri­nin seçilməsi, ASC-nin hüquqi ünvanının dəyişdirilməsi, Dividendlərin bölüşdürülməsi daxildir.

Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda ASC-nin rəhbərliyinə müraciət etməklə tanış olmaq müm­kündür.

Bildirilir ki, ümumi yığıncaq iştirakçılarının qey­diyyatı yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında özü, yaxud notarius tərəfindən təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə iştirak edə bilər.

Son xəbərlər
Digər xəbərlər