27 C
Baku
Tuesday, May 28, 2024

Azərbaycanda turizm sahəsində sığorta məsələsinin tətbiqi nəzərdə tutulur

Azərbaycanda turizm sahəsində sığorta məsələsinin tətbiqi, eyni zamanda turizm şirkətlərinin müştərilərinin sığortalanması nəzərdə tutulur.

Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün AİTF-2015 sərgisinin açılış mərasiminə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nazirlik tərəfindən hazırlanan “Turizm haqqında” yeni qanun layihəsi hazırlanaraq rəy və təkliflərin alınması məqsədilə artıq Nazirlər Kabinetinə təqdim edilib.

Həmin qanun layihəsində turizm sahəsində sığortalanma məsələsinin tətbiqi də nəzərdə tutulub. Qanun layihəsində turizm şirkətlərinin müştərilərinin sığortalanması məsələsi də yer alıb: ” Ümumiyyətlə, turizm sahəsi – həm turizm şirkətləri, həm də hotellər sığortalanmalıdır. Rusiyada, Türkiyədə nə qədər turizm şirkəti müflis olurlar, sonra isə onlar müştərilərlə maliyyə hesablaşmalarında böyük çətinliklərlə rastlaşırlar. Ancaq sığorta vasitəsilə müştərilərin ehtiyacalarını ödəmək olar”.

Trend

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər