6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 % artıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən uçota alınan operator və internet provayderinin sayı 5,88 % artıb.

Bu barədə İKTA-dan məlumat verilib.

Bununla da qeydiyyata alınan operator və internet provayderini sayı 136-dan 144-ə çatdırılıb.

Qeyd edək ki, Azərbaycanda operator və internet provayderlərinin uçotunun aparılmasına İKTA yaradılandan sonra başlanılıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnaməsi Azərbaycan Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər