9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda ÜDM-də özəl sektorun payı 3 dəfəyə yaxın artıb

Azərbaycanda ümumi daxili məhsulda (ÜDM) özəl sektorun payı 1995-2021-ci illər ərzində 2.8 dəfə artıb.

Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, rəqabətə davamlı iqtisadiyyatın reallaşdırılması üçün 2022-2026-cı illər üzrə strategiyaya əsasən gələcəkdə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

“Dövlət satınalmaları və ticarət fəaliyyəti haqqında yeni qanun layihəsinin hazırlanması planlaşdırılır. Həmçinin 2023-2025-ci illərdə qlobal tələblərə inteqrasiya məqsədilə milli standartlara dair yeni tələblər hazırlanacaq”, – o deyib.

M.Abbasbəyli həmçinin sahibkarlığın aparılmasında şəffaflığın təmin edilməsinin Dövlət Xidmətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

“Rəqabət üzrə yeni elektron portal, keyfiyyət portalı hazırlamağı, həmçinin dövlət satınalmaları portalının funksiyalarını genişləndirməyi planlaşdırırıq”, – o qeyd edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər