2018-ci ilin yanvar ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% artıb.
Banker.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM artaraq 6 milyard 50 milyon manata yaxın olub.
ÜDM istehsalının 48,4%-i sənayenin, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 6,0%-i tikintinin, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-ii turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 15,8%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7%-i təşkil etmişdir.
***Ümumi daxili məhsul (ÜDM) nədir?
İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artmış, neft bölməsində isə 0,5 faiz azalmışdır.
Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olmuşdur.