“Təhsil haqqında” qanuna dəyişiklik edilir
Azərbaycanda ümumtəhsil müəssisələrinə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının ödənişli əsaslarla təşkil edilməsi səlahiyyəti verilir.
Bununla bağlı “Təhsil haqqında” qanunun 19-cu maddəsinə dəyişiklik edilir.
Maddənin 18-ci bəndinə əsasən, tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur.
Əlavəyə əsasən isə dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.