-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda vəzifəli şəxs bankomatdan pul çıxararkən ölüb

“Azəravtoyol” ASC-nin 17 saylı Göyçay Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev dünyasını dəyişib. 

Reportun Şirvan bürosu xəbər verir ki, Göyçay şəhəri, Hüseynbala Əliyev küçəsində yaşayan M.Ağayev şəhər ərazisində olan bonkamatların birindən pul çıxararkən qəflətən vəziyyəti pisləşib və vəfat edib.

Qeyd edək ki, mərhum M.Ağayev keçmiş icra başçısı Mübariz Ağayevin qardaşıdır. O, 1999-cu ildən Yol İstismar İdarəsinə rəhbərlik edirdi.

Son xəbərlər
Digər xəbərlər