Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev vəfat edib.
O, 72 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Fikrət Lütvəli oğlu Nuriyev 1949-cu ildə anadan olub. O, 1990-ci ilin dekabr ayından AHİK-in Respublika Turizm və Ekskursiyalar Şurasının sədri vəzifəsində çalışıb. F.Nuriyev 1990-ci ilin may-dekabr aylarında Bakı şəhər Nəsimi rayon Xalq Nəzarəti komitəsinin sədri vəzifəsində işləyib.