21 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda vəzifəli şəxslər 1 milyon 800 min manat cərimələndi

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən keçirilmiş yoxlamalarla 55 tikinti obyektində 75 nəfərin əmək və ya xidməti müqavilə olmadan işlədiyi aşkarlanıb.

Banker.az xəbər verir ki, nəticədə bir işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 14-ü haqqında ümumilikdə 186.500 manat məbləğdə inzibati cərimə tətbiq edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar zamanı isə 369 şəxsin əmək müqaviləsi olmadan işləməsi və işəgötürənlər tərəfindən üç halda işçini əmək funksiyasına aid olmayan işi yerinə yetirməyə məcbur etmə faktı müəyyən edilərək aidiyyəti vəzifəli şəxslər barəsində bütövlükdə 1.800.000 manata yaxın inzibati cərimə tətbiq edilib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər