2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda valyuta hərraclarının qaydası dəyişdirilə bilər

Azərbaycanda bankların valyuta mövqeyinin idarə olunması və valyuta hərraclarının keçirilməsi qaydalarına yenidən baxılmalıdır.

Agentlik xəbər verir ki, bu təkliflə “Paşa Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edib.

O bildirib ki, balansdan kənar alətlərin uçotu, açıq uzun valyuta mövqeyinə hansısa məhdudiyyətlər qoyula bilər.

T.Kazımov, həmçinin valyuta hərraclarının ikitərəfli keçirilməsini təklif edib: “Valyuta satışı təkcə Mərkəzi Bank tərəfindən keçirilməməlidir, banklararası alqı-satqı imkanları da yaradılmalıdır”.

“Paşa Bank”ın sədri əlavə edib ki, hazırda Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları ilə cari valyuta tələbatına dair danışıqlar aparır: “Biz korporativ müştərilərlə işlədiyimiz üçün valyuta tələbimiz çox olur. Amma düşünmürəm ki, AMB bazara tələbatdan az valyuta çıxarır. Ola bilər hansısa bank 50 mln. dollar valyuta almaq istəyir, amma real tələbatı isə 10 mln. dollardır. Ona görə də məndə olan məlumata görə, artıq AMB kommersiya bankları ilə danışıqlar aparır ki, hərraca sifarişlər tələbata uyğun verilsin”.

Report

Son xəbərlər
Digər xəbərlər