9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda valyuta sərvətlərini daşımaq üçün məlumat və sənədlərin tərtib olunması forması dəyişib

Nazirlər Kabineti 23 sentyabr 2023-cü il tarixli “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunması forması”nda dəyişiklik edib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra daşınma zamanı Dövlət Gömrük Komitəsinin Maliyyə Monitorinqi Xidmətinə təqdim etdiyi Formada məlumat və sənədlərin təqdim edilmə əsası da əks etdirilməlidir. Maliyyə Monitorinqi Xidməti tələb etdiyi halda həmin məlumat və sənədlər elektron formada tərtib olunaraq göndəriləcək.

Son xəbərlər
Digər xəbərlər