15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda vergi bəyannamələri təkmilləşdirilir

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mütərəqqi dəyişikliklərin aparılması, səmərəliliyin artırılması, bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi və sadələşdirilməsi prosesini davam etdirir.

Xidmətdən verilən məlumata görə, bəyannamə (hesabat) formaları ilə praktiki işləyən vergi ödəyicilərinin də fikirlərinin və təkliflərinin öyrənilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında “Bəyannamə formalarına dair təkliflərin verilməsi” adlı bölmə yaradılıb.

Vergi ödəyiciləri bütün növ vergi bəyannamələrinin formaları və məzmunları ilə bağlı təkliflərini həmin bölmə vasitəsilə Dövlət Vergi Xidmətinə göndərə bilərlər.

Bəyannamə formalarının təkmilləşdirilməsi və vergi ödəyiciləri üçün daha rahat və səmərəli bir formaya gətirilməsi üçün bütün təkliflər bu məqsədlə yaradılan müvafiq işçi qrupu tərəfindən diqqətlə öyrəniləcək və təhlil ediləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər