12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda vergi daxilolmaları 34%dən çox artıb

Bu ilin yanvar-mart aylarında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 2 802,2 mln. manat vergi daxil olub, proqnoza 123.8% əməl edilib. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 34,4% və ya 716,5 mln. manat artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 2 249,4 mln. manat olub, proqnoza 128,6% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 499,8 mln. manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 48,9% və ya 738,6 mln. manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 47,9% artaraq 1 699,5 mln. manat təşkil edib.
Regionlar üzrə daxilolmalar 262,2 mln. manat olmaqla, proqnoz 114,4% icra edilib, ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 19,2% artıb.
Ödənilən vergilərin 80,3%-i qeyri-neft-qaz sektorunun, 19,7%-i neft-qaz sektorunun payına düşüb.

Son xəbərlər
Digər xəbərlər