12 C
Baku
Wednesday, December 11, 2024

“Azərbaycanda vergi sahəsində islahatların davam etdirilməsinə dəstək verməyə hazırıq”

Vergilər naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Banker.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri, vergi sahəsində əlaqələrin genişləndirilməsi, investisiya mühiti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, vergilər naziri Birləşmiş Krallığın Gəlirlər və Gömrük Xidməti ilə ikitərəfli və çoxtərəfli müstəvidə səmərəli əməkdaşlığın mövcud olduğunu və Vergilər Nazirliyinin bu əməkdaşlığın vergi tutmanın müxtəlif sahələri üzrə davam etdirilməsində maraqlı olduğunu bildirib.

Baronessa Nikolson Böyük Britaniya şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuşlarının artırılmasının, həmçinin kənd-təsərrüfatı, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin, B. Nikolson Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi və bu sahədə islahatların davam etdirilməsi baxımından hər iki ölkənin vergi qurumları arasında əlaqələrin genişləndirilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər