Azərbaycanda hansı ödəniş sisteminin kartları ilə ödənişlərin daha çox aparıldığı məlum olub.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank kartları ilə 2023-cü ilin fevral ayında 5 milyard 716.8 millyon manatlıq əməliyyatlar aparılıb.
Bu əməliyyatların 3 milyard 510.1 milyon manatı “Visa” kartları, 2 milyard 153.5 milyon manatı “MasterCard” kartları və 3.2 milyon manatı isə “American Express” ilə aparılıb. Qeyd edək ki, 2023-cü ilin yanvarında 3 milyard 156.5 milyon manatı “Visa”da 1 milyard 766.8 milyon manatı “MasterCard”da və 3.3 milyon manatı isə “American Express”lə aparılıb.
Çinin “Union Payı” ilə isə cəmi 0.05 mln. manatlıq əməliyyat aparılıb.