9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda viski və konyak istehsalçıları Rusiyaya ixracı artırır

Rusiya Federasiyası 2022-ci ilin sentyabrından başlayaraq Azərbaycandan tünd alkoqollu içki viski və konyak idxalını kəskin artırıb. İlin ilk 9 ayında 1.5 mln. dollarlıq tünd alkoqollu içki satılıb.

Bu barədə Banker.az-ın rəsmi göstəricilərə istinadla əldə etdiyi məlumatda qeyd edilir.

2022-ci ilin yanvar-sentyabr ayı ərzində Azərbaycan Rusiyaya 18.2 min dkl viski satıb ki, bunun da ixrac dəyəri $531.08 min təşkil edib. 2022-ci ilin ilk 8 ayına qədər isə Azərbaycandan Rusiyaya cəmi 0.41 dkl viski ixrac edilmişdi.

(1 dekalitr=10 litr)

Eyni müddət ərzində Azərbaycandan şimal qonşuya üzümün distilə edilməsi ilə alınan brendi (konyak) ixracı 17.19 min dkl olmaqla dəyəri $936.19 min təşkil edib. Ötən ilin eyni dövründə brendinin ixracı 1.55 min dkl təşkil edirdi ($172.21 min).

Azərbaycan 2022-ci ilin ilk 9 ayı ərzində 49.51 min dkl həcmində viski və konyak istehsal edib və hətta zavodlar bazara həmin dövr ərzində 59 min dkl həcmində viski çıxarıb. Bu da illik müqayisədə ölkədə viski istehsalının 26 dəfə böyüməsi anlamına gəlir. Ötən ilin eyni dövründə cəmi 1.9 dkl viski istehsalı qeydə alınmışdı.

 

 

Son xəbərlər
Digər xəbərlər