14 C
Baku
Thursday, May 2, 2024

Azərbaycanda xaricə təyyarə biletləri bir qədər də bahalaşıb – rəsmi

Azərbaycandan xaricə hava nəqliyyatı ilə uçuşların qiymətində son aylarda qismən ucuzlaşma müşahidə edilib.

Azərbaycan MDB ölkələrinə, yaxud o ölkələrdən Azərbaycana təyyarə ilə uçuşun bir gedişinin qiyməti 1 168.5 manat təşkil edib. Bu da son ayda 4.9% ucuzlaşma deməkdir.

Banker.az bu barədə məlumatı Dövlət Statistika Komitəsindən əldə edib.

Ölkədaxili biletlərin qiymətində isə sabitlik hökm sürür. Bir gedişin qiyməti 53.67 manat təşkil edir.

MDB ölkələri istisna olmaqla xariclə hava nəqliyyatı hər gedişin qiyməti isə 1.3% bahalaşmaqla 724.27 manata yüksəlmişdir.

Xatırladaq ki, Dövlət Turizm Agentliyi aviabiletlərin qiymətləri ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) idarəetməsi həvalə olunmuş Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müraciət edib. Bununla bağlı 10 avqusta açıqlanan məlumatda qeyd edilmişdi.

“Azərbaycana turistlərin gəlməsi viza rejimi ilə yanaşı aviabiletlərin qiymətlərindən asılıdır. Biz də bunu nəzərə alaraq AİH-lə işləyirik, onlara təkliflərimizi vermişik. Hesab edirəm ki, qiymətlərin aşağı olması üçün rəqabət olmalıdır. Məsələn, hazırda AZAL İsrailin paytaxtı Təl-Əvivə uçuşlara başlayıb. Əgər oradan da hansısa aviaşirkət Bakıya reys açsa, artıq rəqabət formalaşacaq. Yaxın vaxtlarda bu məsələlərin həllini tapacağına ümid edirik.

Aşağıbüdcəli aviaşirkətlərin ölkəyə gəlməsi müzakirə edilir. Amma onlar da elə-belə uçmur. Aviaşirkət təyyarə qaldırırsa, ilin sonuna hansısa formada subsidiya almalıdır. Yəni 50-100 dollara uçuş varsa, biz onun üçün subsidiya ödənilməsini də fikirləşməliyik”, – deyə Agentliyin sədri Fuad Nağıyev qeyd etmişdi.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər