14 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 5 dəfəyə yaxın artıb

2021-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 124.3 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir.

Ötən ilin sentyabr ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 25.9 milyon manat olub ki, bu da illik müqayisədə 5 dəfəyə yaxın artım deməkdir.

2021-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 836.5 milyon manatlıq əməliyyat aparıblar. 2020-ci ilin 9 ayında isə bu göstərici 354.2 milyon manatdır. Belə ki, bu ilin 9 ayında əməliyyatların həcmi ötən ilin eyni dövrünə nisbətən 2.4 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər