15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda yarım milyonluq tikinti şirkətinə yeni baş direktor təyin edilir

1 sentyabr 2021-ci il saat 10.00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 25 nömrəli ünvanda “Continental Cons­truction and İndustrial CO” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.

2. Cəmiyyətin yeni baş direktorunun seçilməsi.

3. “Continental Construction and İndustrial CO” ASC-nin dövlət qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınma­sı üçün müvafiq dövlət orqanına müraciət edilməsi.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya +994 55 212 59 39 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar.

Xatırladaq ki, bu şirkət 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 453 280 manatdır və qanuni təmsilçisi Omarov Qorçu Cəlil oğludur.

Son xəbərlər
Digər xəbərlər