9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda “yaşıl enerji”nin payı 15%-ə yüksəlib

Bu ilin birinci yarısında Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 15%-ə yüksəlib.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bu ilin birinci yarısında Azərbaycanda elektrik enerjisinin istehsalı 13 milyard 557,4 milyon kVt/saat, ixrac 444 milyon kVt/saat, idxal isə 96,4 milyon kVt/saat olub.

Nazir qeyd edib ki, birinci yarımildə İstilik Elektrik Stansiyaları üzrə 11 milyard 525 mlyon kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 950,7 milyon kVt/saat artımla 2 milyard 032,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər