10 C
Baku
Wednesday, December 11, 2024
Home İqtisadiyyat Ümumi iqtisadi xəbərlər Azərbaycanda yeni “Ada çörək ” brendi: keyfiyyətli və ucuz

Azərbaycanda yeni “Ada çörək ” brendi: keyfiyyətli və ucuz

0
Azərbaycanda yeni “Ada çörək ” brendi: keyfiyyətli və ucuz

Pirallahı rayonunda “Ada çörək və un məmulatları kombinatı” fəaliyyətə başlayıb.

Pirallahı Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu dünyanın bu sahədə məşhur müasir alman texnologiyaları əsasında hazırlanmış “Özköseoğlu” və “Altuntop” şirkətlərinin ən son texnologiyaları əsasında qurulub və gündəlik istehsal gücü 10 tondur.

Məhsulun hazırlanması prosesi tam avtomatlaşdırılıb və istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur ki, bu da sanitar-gigiyenik normalara əməl olunmaqla çox yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsullarının əldə edilməsinə imkan verir. Yeni texnologiyanın tətbiqi məhsulun maya dəyərinin formalaşmasında xüsusi çəkisi olan enerji xərclərinin azalmasına imkan yaradır. Bu da istehlakçılara keyfiyyətcə yüksək və aşağı qiymətlərlə çörək məhsullarının təqdim edilməsinə şərait yaradır. Burada 5 çeşiddə çörək və12 növdə şirniyyat məmulatları hazırlanır, gələcəkdə də tələbata uyğun çeşidlərin artırılması planlaşdırılır. Çörək məhsulları qablaşdırılaraq “Ada çörək ” brendi altında satışa çıxarılır. Bundan başqa, 35 min əhalini çörəklə təmin etmək gücünə malik kombinatda 50 rayon sakini daimi işlə təmin olunub.

Qeyd olunub ki, istehsal olunan çörək çeşidlərinin pərakəndə satış qiyməti kənardan gətirilən çörək məmulatlarından 5-10 qəpik aşağı qiymətə satılır ki, bu da rayon sakinləri tərəfindən məmnunluq hissi ilə qarşılanır.

İyulun 17-də RİH-nin, o cümlədən “Ada çörək və un məmulatları kombinatı”nın əməkdaşlarının iştirakı ilə növbəti humanitar aksiya keçirilib, kimsəsiz, ehtiyacı olan aztəminatlı ailələrə 3500 ədəd çeşidli çörək və şirniyyat məmulatları paylanılıb.