6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda yeni BOKT yaradıldı

Bakıda yeni BOKT yaradılıb.

Banker.az xəbər verir ki, bu, Bank Olmayan Kredit Təşkilatı “AzFinans” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

BOKT 300 min manat nizamnamə kapitalı ilə, yəni minimal tələblə təsis edilib. Azərbaycan Mərkəzi Bankının “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydalarına” əsasən BOKT-un nizamnamə kapitalı üçün minimal tələb 300 min manatdır, lakin qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan (fond) BOKT üçün 30  min manatdır minimal tələb.

BOKT İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti  tərəfindən Bakı şəhəri Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 36, məhəllə 488/489, m. 26 ünvanında dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi (direktor) İlqar Əliyev Şükür oğludur.

Son xəbərlər
Digər xəbərlər