-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda yeni fındıq emalı fabriki açılır – ildə 2.5 min ton emal nəzərdə tutulur

Xaçmaz rayonunun Xudat şəhərində “AZNUTS” MMC-yə məxsus yeni fındıq emalı fabriki inşa edilib.

İldə 2.5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 200 nəfər daimi işlə təmin olunacaq.

İnvestisiya dəyəri 2.7 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 milyon manat güzəştli kredit verilib.

Müəssisənin yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər